Xəbər lenti

Parlamentin bütün komitə iclasları ləğv edildi
Siyasət08:07 18.09.2018

Parlamentin bütün komitə iclasları ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin (MM) rəhbərliyi bir neçə gündən sonra öz işinə start verəcək 2018-ci il payız sessiyası ilə bağlı parlamentin komitə iclalarının təxirə salınması barədə göstəriş verib.
MM-dən oxu.az-a bildirilib ki, bu, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin 100 illik yubileyi ilə bağlı parlamentin ayın 21-də keçiriləcək xüsusi və təntənəli iclası ilə bağlıdır.
Məlumata görə, parlament rəhbərliyi bütün diqqətin bu yubliey tədbirinin yüksək səviyyədə keçirilməsinə yöndərilməsi üçün tapşırıq verib.
Odur ki, MM-in bu həftəyə təyin edilmiş bütün komitə iclasları, o cümlədən, bu günə təyin olunmuş Səhiyyə, İqtisadi siyasət, Sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin, o cümlədən, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasları ləğv edilib və gələn həftəyə planlaşdırılıb.
Qeyd edək ki, xüsusi və təntənəli iclsda Azərbaycan prezidenti İlham Əliyevin, o cümlədən, 14 ölkənin parlament sədrinin iştirakı gözlənilir.