Xəbər lenti

Parlamentin vitse-spikeri kişiləri zorlamada ittiham olunur
Dünya07:25 20.06.2013

Parlamentin vitse-spikeri kişiləri zorlamada ittiham olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Britaniya parlamentinin aşağı palatasının vitse-spikeri Naycel Evans bir neçə kişini zorlamaqda şübhəli bilinir. Məlumata görə, siyasətçi lap əvvəllər iki epizodda şübhəli bilinirdisə, indi onların sayı ikini ötüb.

ANS PRESS “Sky News”a istinadən xəbər verir ki, artıq Prestondakı polis məntəqələrinin biri 55 yaşlı Naycel Evansı saxlayıb.

Qeyd edək ki, Naycel Evansın ətrafında qalmaqal mayın 4-də baş qaldırmışdı. Həmin vaxt yüksək vəzifəli siyasətçi-homoseksual polis 20 yaşlı iki kişini ələ salmaqda şübhəli bildiyi üçün saxlamışdı. Onun cinayətlərdən birini 2009-cu ildə, digərini isə 2013-cü ilin mart ayında törətdiyi bildirilir. Hər iki cinayət Pendlton şəhərində Lankaşir qraflığında baş verib. Onun iyunun 19-a qədər ev dustağlığına buraxmışdılar. Evans öz ünvanına olan bütün iddiaları isə rədd edir.

Qaynar.info