Xəbər lenti

Partiya dini mərasimdə prezidentin ölümünü arzuladı
Dünya14:51 07.01.2019

Partiya dini mərasimdə prezidentin ölümünü arzuladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyada Xalq Partiyası Epifani dini bayramında prezident Pedro Sançezin ölümünü arzulayıb. 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sağ cinahın təmsilçisi olan partiyanın yayımladığı videoda bir nəfər uşaqların Milad arzularını səsləndirir. Uşaqlardan biri bu mətni göndərib:
"Ən sevdiyim müğənni Eymi Vaynhaus idi və sən onu məndən aldın. Ən sevdiyim aktyor Robin Vilyamz idi və sən onu məndən aldın. Ən sevdiyim prezidentin Pedro Sançez olduğunu demək üçün yeni məktub yazıram".
Video ölkədə böyük qalmaqala səbəb olub. Partiya açıqlama ilə çıxış edərək üzr istəyib. Prokurorluq videonun cinayət məsuliyyəti daşıyıb-daşımadığına qərar verəcək.
Gülşən