
Misir ordusunun paytaxt Qahirədə Rabiatul Adeviyye Meydanında Mursi tərəfdarlarına etdiyi silahlı müdaxilə nəticəsində Müsəlman Qardaşlarının lideri Məhəmməd Baltacının qızı öldürülüb.
Qaynar.info xəbər verir ki, Azadlıq və Ədalət Partiyasının baş katibi olan Baltacının 17 yaşlı qızı Əsma sinəsindən və kürəyindən aldığı güllə yarası nəticəsində ölüb.
Baltacı hadisə ilə bağlı verdiyi açıqlamasında, "Sizdən bütün meydanlara və küçələrə girməyi və polis dövlətinin sonunun çatdığını elan etməyinizi istəyirəm. Mənim də qızım şəhid edildi. Bura təriflər söyləmək üçün gəlmədim, amma indi hamımız fədakarlıq göstəririk" deyib.
Qaynar.info