
"Məşvərət Məclisini heç bir normaya sığmayan şəkildə tərk eləmiş və Rusiyanın " Milli Şura" proyektinə qoşulan KXCP, ACP, ALP, AMİP yazıq bir duruma düşüblər.
Qaynar.info-nun məlumatına görə, bunu Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. Partiya sədri hesab edir ki, partiyaların bu duruma düşməsi ona qarşı elədikləri xəyanətin nəticəsidir və onlar bundan sonra daha çətin vəziyyətdə düşəcəklər, buna layiqdirlər: "Milli Şura ideyası indiyə qədər özlərini milli qüvvə kimi təqdim edənlərin nə qədər bədbəxt duruma düşdüyünü, istənilən maliyyə verənə kölə ola biləcək duruma düşdüyünü ortaya qoydu. Rüstəm İbrahimbəyov ölkəyə gəlməyə qorxduqdan, milyarderlər qara qəpik də vermədikdən və vəziyyətdən çıxmaq üçün "pis işi" Cəmil Həsənlinin boynuna qoyduqdan sonra bəziləri "Biz Rusiyanın proyektini milli proyektə çevirdik" kimi bəyanatlar verir. Buna el arasında "Pişiyin əli ətə çatmadıqda adını ilənmiş qoyar" deyirlər. Amma həqiqət odur ki, o pişiklər əllərinə düşsə iylənmiş ət də yeyirlər, hələ başqa şeydə...".
Qaynar.info