Xəbər lenti

Partlayışa görə bağlanan Bakı-Quba yolu açıldı (FOTOLAR)
Ölkə12:44 27.08.2017

Partlayışa görə bağlanan Bakı-Quba yolu açıldı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar bağlanan Bakı-Quba yolu açılıb.

"Report"un Şimal bürosu xəbər verir ki, yolda yaranan avtomobil sıxlığı tədricən aradan qalxıb.

Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətində 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılmışdı. DİN BDYPİ qeyd olunanları nəzərə alaraq, sürücülərdən həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salmalarını xahiş etmişdi.

Qaynarinfo.Az