Sərnişindən birinin partlayış təhdidi üzündən təyyarə Domodedovo hava limanına təcili eniş edib.
Qaynarinfo xəbər verir ki, hadisə Simferopoldan gələn S7 AirBus A-321 təyyarəsində baş verib. REN TV-nin məlumatına görə, sərnişin qəfildən təhdidlər etməyə başlayıb və çantasında partlayıcı qurğunun olduğunu söyləyib.
Təyyarənin normal rejimdə eniş etdiyi bildirilir. Hazırda layner sərnişinlərlə birlikdə dayanacağa aparılır.
Hadisəni şərh edən Domodedovo mətbuat xidməti "Moskva” agentliyinə hava limanının xidmətlərinin S7 Hava Yolları təyyarəsi ilə əlaqədar lazımi tədbirlər görəcəyini bildirib. Hava limanından verilən məlumata görə, enişi saat 15:20-də gözlənilsə də, təyyarə 14:59-da enməyə məcbur olub.