Xəbər lenti

Paşa ləqəbli məşhur avtoritetə ağır cəza - FOTO/VİDEO
Dünya17:05 27.04.2015

Paşa ləqəbli məşhur avtoritetə ağır cəza - FOTO/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Krasnoyarsk məhkəməsi Paşa Svetomuzıka ləqəbli məşhur kriminal avtoritet Vilor Struqanovu 9 il müddətinə azadlıqdan məhrum edib.
Anspress-in məlumatına görə, kriminal avtoritet cəzasını ciddi rejimli koloniyada çəkəcək. Məhkəmədə dövlət ittihamçısı Struqanovu 25 il azadlıqdan məhrum etməyi xahiş edib.
Struqanovanın iki şəriki Vladimir Oşarov və İqor Yelovski müvafiq olaraq 8 və 10 il cəza alıblar. Onların hamısı 1990-cı illərdə beş nəfərin qətlində günahkar hesab olunurlar.
Struqanov keçən il martın sonunda Moskvada həbs edilib. Daha əvvəl o qətllərin törədilməsində şübhəli kimi beynəlxalq axtarışa verilmişdi.
2004-cü ilin iyununda Krasnoyarsk məhkəməsi Krasnoyarskda iki partlayış törətdiyi üçün Struqanovu 9 il həbs cəzasına məhkum etmişdi. Struqanov 2011-ci ildə azad olunmuşdu.





Qaynar.info