Ermənistan parlamentində müxalif "Yelk" fraksiyası Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini rəsmi olaraq irəli sürüb.
Qaynarinfo armenpress-ə istinadən xəbər verir ki, bu barədə parlament üzvü Ararat Mirzoyan məlumat verib. Paşinyan yaxın saatlarda digər parlament fraksiyaları ilə görüş keçirəcək. Mirzoyan parlamentdə çoxluq təşkil edən hakim partiya üzvləri ilə problem yaşanmayacağını düşündüyünü bildirib.
Qeyd edək ki, bu gün parlament Ermənistanın baş nazirini seçəcək.
13 apreldə bu ölkədə sabiq prezident Serj Sarkisyanın baş nazir postuna təyin edilməsinə etirazlar başlamış, 23 apreldə Sarkisyan istefa vermək məcburiyyətində qalmışdı. Hakim Ermənistan Respublikaçılar Partiyası baş nazir vəzifəsinə namizəd irəli sürməyib.
Gülşən