Ermənistanın baş nazirinin administrasiyası "Sputnik Ermənistan"ın sorğusuna cavab olaraq Nikol Paşinyanın andiçmə mərasimi zamanı Türkiyə prezidenti Rəcəb Ərdoğana təqdim etdiyi hədiyyəni açıqlamaqdan imtina edib.
Qaynarinfo xəbər verir ki, Baş nazirin administrasiyasından bildirildiyinə görə, tədbirdə iştirak çərçivəsində məmurların protokol xərcləri hesabına malların/hədiyyələrin alınması həyata keçirilib.
"Yuxarıda qeyd olunanlar o deməkdir ki, belə hadisələrlə bağlı məlumatlar dövlət sirrini ehtiva edən satınalma planına daxil edilib. Ona görə də bu məlumat dərc oluna bilməz", - administrasiyadan bildiriblər.
Biz iyunun 6-da baş nazir administrasiyasına məktub göndərmişik, amma cavab indi gəlib, - "Sputnik" yazır.
Mətbuatda yer alan versiyalardan birinə görə, Ermənistanın baş naziri Türkiyə prezidentinə Ərdoğanın özünün təsviri olan xalça hədiyyə edib. Bu, rəsmi təsdiq olunmayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib. Bundan əvvəl Paşinyan Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək, iki ölkə arasında münasibətlərin tam şəkildə normallaşması üçün birgə işin davamını gözlədiyini bildirib.
Alpər