Xəbər lenti

Paşinyan: Ermənistan NATO-ya qatılmaq istəmir
Dünya13:04 26.07.2018

Paşinyan: Ermənistan NATO-ya qatılmaq istəmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan gələcəkdə NATO üzvü olmaq istəmir.
Qaynarinfo xəbər verir ki, bunu "Эхо Москвы" radiosuna açıqlamasında Ermənistan prezidenti Nikol Paşinyan deyib.
"Bəzi planlarımız var. Kosovada sabitliyi qorumaq missiyasına qoşulmuşuq və ortaq bir proqramımız var. NATO ilə əməkdaşlığımız uzun müddətdir davam edir və bundan sonra da davam edəcək. Amma gələcəkdə NATO-ya üzv dövlətlərdən biri olmaq istəmirik", - deyə Paşinyan bildirib.