Xəbər lenti

Paşinyan: "Ermənistan və Azərbaycan üçün faydalı sülh modeli formalaşdıra bilsək..."
Siyasət10:51 25.12.2021

Paşinyan: "Ermənistan və Azərbaycan üçün faydalı sülh modeli formalaşdıra bilsək..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Biz sülh sazişi ilə bağlı danışıqların başlanmasında maraqlıyıq”. 
Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan deyib. Baş nazir bildirib ki, Minsk Qrupu həmsədrlərinin təklif etdiyi danışıqların gündəliyinin də bəndlərindən biri sülh danışıqları ilə bağlıdır:
"Əlbəttə, biz bu mövzuda danışıqlara başlamaqda və sülh müqaviləsinin imzalanmasında maraqlıyıq. Bu yaxınlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların gündəliyini təklif etdi ki, onun da bəndlərindən biri hərtərəfli sülh sazişi məsələsidir. Bəli, biz bunda maraqlıyıq”.
Paşinyan qeyd edib ki, erməni tərəfi müzakirələrdən imtina etməyib: 
"Əgər biz həm Ermənistan, həm də Azərbaycan üçün faydalı olacaq sülh modeli formalaşdıra bilsək, o zaman bəlkə də danışıqlar masası daha az münaqişə meydanı olacaq”.
Telman