Xəbər lenti

Paşinyan: "İndi Rusiya istəsə belə Ermənistanın təhlükəsizlik ehtiyaclarını ödəyə bilməz"
Dünya10:34 03.09.2023

Paşinyan: "İndi Rusiya istəsə belə Ermənistanın təhlükəsizlik ehtiyaclarını ödəyə bilməz"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin təhlükəsizlik baxımından Rusiyadan asılılığının səhv olduğunu bildirib. Onun fikrincə, indi Rusiya Ermənistanın təhlükəsizlik ehtiyaclarını istəsə belə, təmin edə bilməz. 
Qaynarinfo xəbər verir ki, Paşinyan bu barədə İtaliyanın "La Repubblica” qəzetinə müsahibəsində danışıb.
O qeyd edib ki, Ermənistanın təhlükəsizlik arxitekturası, o cümlədən silah və sursat alışında 99,999% Rusiyadan asılı olub:
"Ancaq bu gün Rusiyanın silah və sursata ehtiyacı olduğu bir vaxtda aydındır ki, istəsə belə, Ermənistanın təhlükəsizlik ehtiyaclarını təmin edə bilməyəcək. Bu nümunə bizə göstərməlidir ki, təhlükəsizlik sahəsində asılılıq və ya yalnız bir mərkəzə bağlı olmaq özlüyündə strateji səhvdir.
Paşinyan əlavə edib ki, Ermənistan hakimiyyəti hazırda təhlükəsizlik siyasətini "şaxələndirmək üçün çox qeyri-müəyyən cəhdlər edir”.
"Biz Rusiya Federasiyasının Cənubi Qafqazı bir gün, ay və ya bir ildə tərk edib-etməməsi hallarını görmüşük", deyə Paşinyan bildirib.
Aydın