Xəbər lenti

Paşinyan Kərəmyanı yenidən vəzifəyə gətirir
Dünya06:36 25.12.2020

Paşinyan Kərəmyanı yenidən vəzifəyə gətirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Argişti Kərəmyan yenidən vəzifəyə gətirilib.
Qaynarinfo xəbər verir ki, bu məlumatı Ermənistan mətbuatı yayıb.
Məlumata görə, Kərəmyan İstintaq Komitəsinin sədrinin müavini təyin olunub.
Qeyd edək ki, Kərəmyan bundan öncə İstintaq Komitəsinin sədrinin müavini təyin edilsə də, vəzifəsində cəmi bir neçə saat qala bilmişdi. Bundan sonra Kərəmyan Milli Təhlükəsizlik Xidmətinə rəhbər gətirilmiş və dörd ay bu vəzifənin icrasını həyata keçirmişdi. Kərəmyan Qarabağ müharibəsinin gedişində istefaya göndərilmişdi.