Xəbər lenti

Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
Dünya16:50 28.02.2021

Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Baş naziri Nikol Paşinyan prezident Armen Sarkisyanın onun Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı sərəncamını geri qaytarmasını tənqid edib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, "Facebook”da videomüraciəti zamanı deyib:
"Prezidentin qərarı anlaşılmazdır. Bu məsələni sabah mitinq zamanı da vətəndaşlarla danışacağam. Mən göstərəcəyəm ki, prezidentin qərarı əsassızdır, heç bir hüquqi əsası yoxdur. Bu faktın təsdiqindən sonra müəyyən nəticələr çıxarmaq olar”.
Paşinyan bildirib ki, sabah tərəfdarlarının mitinqində polislə toqquşmaların 10 nəfərin ölümünə səbəb olduğu 1 mart 2008-ci il hadisələrinə də toxunacaq. //Qafqazinfo