İrəvan Ankara ilə münasibətlərin normallaşmasını gözləyir, baxmayaraq ki, Ermənistanda bu məsələyə çox emosional yanaşırlar.
Qaynarinfo Sputnik.am-a istinadla xəbər verir ki, bunu cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib.
Paşinyanın vurğulayıb ki, İrəvan "dəhliz” məntiqində heç bir məsələni müzakirə etmir.
"Tranzit marşrutlarının yaradılması və tikintisi ilə bağlı gündəm bizim üçün vacibdir. Türkiyə ilə münasibətlərə gəlincə, onunla yolların açılmasının daha geniş, regional əhəmiyyət kəsb edəcəyi ortaya çıxarsa, o zaman bu, bizim gündəliyimizə daxil ediləcək”, - baş nazir əlavə edib.
Məsələn, Ermənistan-Türkiyə sərhədinin açılması və dəmir yolu əlaqəsinin bərpası müzakirə olunacaq. Hazırda hava hərəkətinin bərpası məsələsi müzakirə olunur və bu, İrəvanda müsbət qiymətləndirilir.
Onun sözlərinə görə, İrəvan Ankara ilə münasibətlərin normallaşmasını gözləyir, lakin başa düşmək lazımdır ki, bu, bir çox nüansları ehtiva edən çox ciddi problemdir.
"Ermənistanda bu məsələyə çox emosional yanaşma var", - Paşinyan qeyd edib.
Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ikitərəfli münasibətlərin normallaşması ilə bağlı ilk görüşünə gəlincə, hələlik dəqiq gün müəyyən edilməyib. Ermənistanın baş naziri hesab edir ki, eyni zamanda, çətin ki, bir neçə görüş kifayət etsin. Onun fikrincə, proses uzun çəkəcək və prosesə hər hansı ifran gözləntilər bəsləməyə dəyməz.
Paşinyan İrəvanın "erməni soyqırımı”nın tanınması ilə bağlı gündəmdən əl çəkməyə hazır olması ilə bağlı şayiələrə də münasibət bildirib. O qeyd edib ki, heç bir ER hökuməti Türkiyə ilə münasibətlərin qurulması üçün "erməni soyqırımı”nın tanınmasını ilkin şərt kimi irəli sürməyib.
"Erməni soyqırımının beynəlxalq aləmdə tanınmasına gəlincə, biz hökumətin proqramında öz mövqeyimizi aydın şəkildə ifadə etmişik”, - Paşinyan bildirib.
Hökumətin proqramına əsasən, Ermənistan "soyqırımların və insanlıq əleyhinə cinayətlərin” qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin səylərinə fəal töhfə verməkdə davam edəcək. Qeyd olunur ki, ABŞ-ın erməni soyqırımını tanıması bu faktın beynəlxalq səviyyədə tanınması baxımından vəziyyəti xeyli dəyişib. Soyqırımın beynəlxalq səviyyədə tanınması gündəliyi Ermənistan üçün təhlükəsizlik təminatları sisteminin gücləndirilməsinə xidmət etməlidir və bu, hökumətin prioritetləri sırasında olacaq. Proqramda deyilir ki, soyqırımın beynəlxalq səviyyədə tanınması gərginliyin artmasına deyil, əksinə, regionda vəziyyətin yumşaldılmasına kömək edəcək.
Alpər