Xəbər lenti

Paşinyan xalqa səsləndi: "Problem həll olunmuş kimidir..."
Dünya10:24 03.05.2018

Paşinyan xalqa səsləndi: "Problem həll olunmuş kimidir..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan parlamentində keçirilən səsvermədə baş nazir ola bilmək üçün kifayət qədər səs toplaya bilməyən müxalif siyasətçi Nikol Paşinyan aksiyaların bir müddətliyinə təxirə salınmasını istəyib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, çərşənbə günü Paşinyanın çağırışı ilə ölkədə yenidən etiraz aksiyaları başlamışdı. Aksiyaçılar hava limanına gedən yolları bağlamış, dövlət binalarına girişi əngəlləmişdilər. Bu səbəbdən nəqliyyatda və metroda gecikmələr müşahidə olunmuşdu.
Yerevanda Ermənistan bayraqları ilə yürüş keçirən minlərlə insan "Nikol baş nazir" şüarlarını səsləndirmişdilər.
Müxalif siyasətçi N.Paşinyan onu dəstəkləyənlərə səslənərək, aksiyalara bir müddət ara verilməsini istəyib. O, problemin həll olunmuş kimi göründüyünü və parlamentdəki bütün siyasi partiyaların onun namizədliyini dəstəklədiyini söyləyib.
Paşinyan mayın 8-də keçiriləcək ikinci səsvermədə baş nazir seçiləcəyini gözlədiyini ifadə edib.