
Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın koronavirusla bağlı təkrar analizləri mənfi çıxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə o özü Feysbuk səhifəsində yazıb.
O, bundan bir gün əvvəl yoluxmuş bir şəxslə ünsiyyətdə olduğunu deyib və buna görə yenidən yoxlanmaq qərarına gəlib.
"Testlərimizin cavabları yenidən mənfi oldu. Səhər İrəvana qayıdacağam", - mesajda bildirilir.