Ermənistanın hakim partiyası "Vətəndaş sazişi"nin nümayəndələri arasına əlbəyaxa dava olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Joqovurd” qəzeti yazır.
Hadisə Dilican şəhərindəki ziyafətdə baş verib. Bundan əvvəl orada Siyasi Şuranın iclası keçirilib və toplantıda Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib. İclasdan sonra qubernatorlar, deputatlar və digər rəsmilər kiçik bir ziyafət təşkil ediblər.
Nəşrin məlumatına görə, Vayk icmasının rəhbəri Mxitar Matevosyan oradan keçərkən Dövlət Dumasının bir neçə deputatı obyektin həyətində söhbət edirmiş. O, partiya yoldaşlarına salam verməyib. Bu zaman Armavir vilayətinin qubernatoru Edvard Hovhannisyan ondan həmkarları ilə niyə salamlaşmadığını soruşub. Vayk icmasının rəhbəri isə salamlaşmaq istəmədiyini bildirib. Bundan sonra onıarın arasında sözlü mübahisə başlayıb və bu əlbəyaxa davaya çevrilib.
Nəşr qeyd edir ki, hadisə ziyafətin yarımçıq qalmasına səbəb olub. Hakim partiyanın nümayəndələri bir-bir məkanı tərk ediblər.
Aydın