Ukraynanın müdafiə naziri Oleksiy Reznikov düşmənə yaxşı Pasxa hədiyyələri vəd edib.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, o, bunu ümumrespublika telemarafonunun efirində deyib.
Reznikov işğalçılar üçün "pasxa hədiyyələri”nin artıq hazır olduğunu bildirib.
"Biz hər gün yeni "pasxa hədiyyələri"ni sərhəddən xüsusi karvanlarla keçiririk. Sabah isə Ukrayna Silahlı Qüvvələrimiz üçün düşmənə qarşı çox uğurla istifadə olunan yeni "pasxa hədiyyələrimiz" olacaq", - o deyib.
Alpər
<iframe width="720" height="576" src="//1plus1.video/video/embed/0tFryjwR" frameborder="0" allowfullscreen="" allow="autoplay; fullscreen">