Rus Pravoslav Kilsəsinin patriarxı Kirill smartfonların Dəccalın aləti olduğunu deyib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, o, smartfonların artmasını Dəccalın dönüşünün əlaməti olaraq səciyyələndirib. O, bu telefonlar vasitəsilə internetə qoşulmağın insanların qlobal səviyyədə idarə olunmasına zəmin hazırladığını söyləyib:
"Şeytan insanlara belə bir oyuncaq verməklə çox ağıllı davranır. Bir nöqtədən belə bir nəzarət Dəccalın gələcəyinin göstəricisidir. Dünya səviyyəsində interneti və insanlığı idarə edəcək şəxs Dəccaldır. Bu, belə bir infrastrukturun təhlükəli olduğu mənasına gəlir. Ən azından yaxın gələcəkdə qiyamətin başlamasını istəmiriksə, tək mərkəzdən idarəetmə olmamalıdır", - deyə patriarx bildirib.
Kiril həmçinin insanlara əllərindəki telefonun köləsinə çevrilməmələri barədə də xəbərdarlıq edib.