ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının sabiq rəhbəri Paul Manafort 47 ay müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo xəbər verir ki, Manaforta vergidən yayınma və bank fırıldaqçılığı ittihamları ilə hökm oxunub. Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi məsələsində də ittiham edilən Paul Manafortun bu məsələ ilə əlaqədar məhkəməsi gələn həftə keçiriləcək.
Qeyd edək ki, Manafort 2016-cı ildə 3 ay müddətində Trampın seçki kampaniyasına rəhbərlik edib və haqqındakı iddialardan sonra istefa verib.
Gülşən