Xəbər lenti

Dünya 11:23 04.06.2025

"Pautina" əməliyyatı bütün müharibələrin gələcəyini dəyişə bilər - "Axios"

Amerika lideri Donald Trampın "Ukraynanın əlinə keçəcək kartı qalmayıb” açıqlamasından üç ay sonra prezident Volodimir Zelenski gözlənilməz bir addım atdı.

Qaynarinfo xəbər verir ki, "Axios” tərəfindən təqdim olunan analizdə Ukrayna Təhlükəsizlik Xidmətinin "Pautina” kod adlı əməliyyatının Kreml rəhbəri Putinə ciddi zərbə vurduğu qeyd olunur. Hakimiyyət yönlü bloqqerlər bunu "Pörl-Harbordakı hücum” ilə müqayisə edir, hərbi ekspertlər isə bu əməliyyatı artıq ölkənin müdafiəsi üçün "yeni kabus” adlandırıblar:

"Bu fikirlə razılaşmaq olar: Ukraynanın ucuz dronlardan dahiyanə istifadəsi təkcə bu müharibənin deyil, bütün gələcək müharibələrin gedişinə böyük təsir göstərə bilər”.

Moskva cəbhədə atəşkəsdən imtina etdiyi, Vaşinqton yeni sanksiyalar tətbiq etməkdən yayınaraq, Qərb tərəfdaşları Ukrayna Silahlı Qüvvələrinə hava hücumundan müdafiə vasitələrini verməyə tələsmədiyi vaxtda, Kiyev sadə nəticəyə gəldi: beynəlxalq ictimaiyyət Rusiya bombardmançılarını havada vurmağa yardım etmirsə, onları yerdə məhv etmək lazımdır.

Eyni zamanda, Rusiya strateji aviasiyasına qarşı həyata keçirilmiş dron hücumu ABŞ milli təhlükəsizlik üzrə ekspertlərini bir daha kommersiya infrastrukturundan — məsələn, ABŞ limanlarında Çin konteyner gəmilərindən gizli hücumlar üçün istifadə ehtimalını müzakirəyə vadar etdi.

Hələ ötən il Pentaqon Çin Xalq Respublikasının adi yük konteynerinə yerləşdirilə biləcək raket buraxılış qurğusu hazırlaya biləcəyinə dair xəbərdarlıq etmişdi. İndi isə Ukrayna məhz ABŞ Müdafiə Nazirliyinin kağız üzərində simulyasiya etdiyi senarini real şəraitdə həyata keçirdi.

Xatıaladqq ki, 1 iyun tarixində Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyanın aviabazalarına qarşı həyata keçirdiyi genişmiqyaslı xüsusi əməliyyat müasir müharibə tarixində ən uğurlu əməliyyatlardan biri hesab olunur.

Əməliyyatın əsas məqsədi Ukrayna şəhərlərini mütəmadi atəşə tutan qanadlı raket daşıyıcısı olan Rusiyanın strateji aviasiyasını sıradan çıxarmaq idi.

Əməliyyat bir ildən çox müddətdə planlaşdırılıb və ciddi koordinasiya tələb edib. Zərbələr uzaq məsafədən – Ukrayna sərhədindən çox aralıda yerləşən ərazilərdən – yük maşınlarında gizlədilmiş dronlar vasitəsilə həyata keçirilib.

Qərb ekspertləri bu əməliyyatı müharibənin dönüş nöqtəsi kimi qiymətləndirir və Ukraynanın Rusiya ərazisindəki strateji hədəflərə zərbə endirmək imkanına malik olduğunu göstərdiyini bildirirlər.

Kreml bu əməliyyata qəzəblə və təşvişlə reaksiya verib. Çünki hadisə Rusiyanın "nüvə daşıyan hava donanmasının” nə qədər həssas olduğunu açıq şəkildə nümayiş etdirdi.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->