"Bu gün mənim üçün parlament müxalifətinin davranışı da hakimiyyətin davranışları ilə eynidir. Əvvəla, onlar mənim üçün müxalifət deyil, revanşistdirlər. Bu adamlar xalqa nə vədlər verirdilər? Mandat aldılar, amma 1-2 min nəfərlə nümayişlər keçirdilər. Onlar hətta inqilab vədi etmişdilər, bunu da bacarmadılar. Hakimiyyətin onların hamısını mandatdan məhrum etmək imkanı var idi. Amma iqtidar ənənəvi, yəni yaranmış qarşıdurmaları sülh yolu ilə həll etmək yolunu getdi və onlara yenidən nəfəs almaq şansı verdi. Həmçinin parlamentə yenidən qayıtmaq imkanı yaratdı. (İşxan Saqatelyanın müxalifətin sentyabrda parlamentə "öz gündəmi" ilə gedəcəyi barədə açıqlamasını nəzərdə tutur)".
Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistandakı Xristian-Demokrat Partiyasının vitse-prezidenti Hayk Sukiasyan deyib.
"Həyasızcasına "öz gündəmimizlə" deyərək öz siyasətlərini davam etdirirlər. Bəs onların gündəliyi nədir, bunu erməni xalqına izah ediblərmi? Sizin gündəminizin Ermənistanla, erməni xalqının tələbləri ilə, Ermənistan və Qarabağ ətrafında yaranmış problemlərlə nə əlaqəsi var? Onlar ancaq hakimiyyətin uzaqlaşdırılmasını elan edirlər, bundan başqa heç nə etmirlər. Heç bir siyasi bilikləri yoxdur, sadəcə olaraq hakimiyyətin dəyişməsini istəyirlər", deyə Sukiasyan əlavə edib.
O, payızda Ermənistan parlamentində toqquşmaların olacağını bildirib: "Əvvəllər necə olubsa, indidə belə olacaq. Nəzərə almalıyıq ki, bunlar əməkdaşlıq edən tərəflər deyil, münaqişədə olan tərəfləridir. Ümumiyyətlə, Ermənistanda iqtidar-müxalifət diskursu həmişə münaqişəli olub. Bunlar bütün "yastı beyinlərə" demək istəyirlər ki, müxalifət iqtidarın ayağından yapışmaq üçün deyil, müxalifət iqtidarla razılaşmayan qüvvədir. Lakin tam əksini görürük, onlar hakimiyyətlə əməkdaşlıq etmək niyyətindədirlər. Amma bizdə iqtidar-müxalifət həmişə ziddiyyət təşkil edib. Deməli, onlar parlamentə qayıtdıqdan sonra aralarında möhkəm toqquşma olacaq, yenə bir-birilərini vuracaqlar və yenidən həyatımız qeyri-müəyyənliyə, dərin böhranlara qovuşacaq və oturub onların axmaqlıqlarını analiz etməli olacağıq. Yəni indiyə qədər necə olubsa, elə də olacaq. Bunlardan yaxşı bir şey gözləmək doğru deyil. Amma bu da hökumətin günahıdır, çünki onların hamısını pensiyaya göndərmək üçün yaxşı şans var idi. Amma hökumət "humanistlik" nümayiş etdirir və onların pensiya yaşını artırmaq qərarına gəlib, çünki hökümət ağıldan kəm və humanist olmaq niyyətindədir".
Parlament müxalifətinin Robert Köçəryandan ayrıla biləcəyi ilə fikirləri şərh edən Sukiasyan "Köçəryandan ayrılsalar, başqa Köçəryanı alacaqlar. Noyabrın 9-dan sonra hökuməti devirmək üçün ən yaxşı şansları olduğu halda, öz aralarından ləkəsiz, təmiz bir lider çıxara bilmədilər. Həmin vaxt onlar 17 partiya ilə gedib 80 yaşlı Vazgen Manukyanı tapdılar. 2021-ci il seçkilərinə namizədləri yox idi, gedib daha "çirklənmiş" birini gətirdilər. Buna görə də Köçəryandan imtina etsələr, ona bənzər başqa bir murdarı gətirəcəklər. Onların ağıl və siyasi biliklərinə şübhə edirəm. Bunlar siyasi intriqaların peşəkarlarıdır və heç vaxt siyasi biliyi, siyasi texnologiyaları olmayıb", deyib.
Sukiasyan müxalifətin Robert Köçəryandan ayrılacağını düşünmür: "Düşünmürəm ki, belə bir şeyə getsinlər, çünki Köçəryan onlar üçün maliyyə mənbəyidir, siyasi sütundur. Hər halda bu fraksiyaların məqsədi Ermənistanın həyatı və gələcəyi deyil. Onların siyasi diskursunu təhlil etsək, aydın olar ki, gecə-gündüz "şimal küləkləri"ni, ittifaq dövlətini çağırırlar (Rusiyanın dəstəyini nəzərdə tutur-red.). Yəni bunlar Ermənistanın maraqları ilə heç bir əlaqəsi olmayan adamlardır".
Telman