Xəbər lenti

Paytaxtda genişmiqyaslı terror əməliyyatı
Dünya08:08 25.03.2013

Paytaxtda genişmiqyaslı terror əməliyyatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ankarada bu gün səhər saatlarında terror təşkilatı DHKP-C-ni hədəfə alan terror əməliyyatı başlayıb.

Səhər saat 05:30 radələrində başlayan əməliyyatda 400 polis iştirak edib. Ankarada 21 ünvana eyni zamanda basqın edən polislərə xüsusi təyinatlılar da dəstək verib.

Vertolyotların havadan dəstək verdiyi əməliyyat davam edir.

Əməliyyat çərçivəsində Liman Həmkarlar İttifaqının baş qərargahında və Ümumi Həmkarlar İttifaqının baş qərargahında da axtarışlar aparılıb.

Qaynar.info