Xəbər lenti

Paytaxtın mərkəzində restorana bomba atdılar
Dünya07:32 31.07.2013

Paytaxtın mərkəzində restorana bomba atdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yunanıstanın paytaxtı Afinadanın mərkəzində yerləşən restoranların birinə naməlum şəxslər tərəfindən əl qumbarası atılıb.

Qaynar.info-nun məlumatına görə, partlayış zamanı restoranın əməkdaşlarından biri xəsarət alıb.

Polisin verdiyi məlumatda 4 nəfər iki avtomobillə yerli vaxtla 05:30-da "Kalamaki Kolonaki" adlı restorana yaxınlaşıblar. Onlardan biri avtomobildən düşüb və əl qumbarasının fitilini çəkərək restorana atıb.

Restoranın açıq olmasına baxmayaraq içəridə heç bir müştəri olmayıb.

Qaynar.info