
İslandiya baş naziri Byartni Benediktsonun pedofiliya ittihamı ilə həbs edilmiş biri ilə əlaqəli olması koalisiya hökümətinin dağılmasına səbəb olub.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Parlaq Gələcək Partiyası 9 aylıq koalisiya höküməti dövründən sonra hakimiyyətdən çəkilib. Buna səbəb baş nazirin atası Benedikt Sveynssonun ögey qızına 12 il ərzində təcavüz etmiş Hauksson adlı biri barədə zəmanət məktubu yazmasıdır. İslandiya höküməti məktubu və müəllifinin adını ört-basdır etməkdə ittiham edilir.
Baş nazirin atasının məktubu iyul ayında göndərdiyi ortaya çıxıb.
İslandiya qanunlarına əsasən, cinayət törətmiş şəxsin cinayət qeydiyyatı silinə və yenidən cəmiyyətə, iş həyatına inteqrasiyasına dəstək verilə bilər. Bunun üçün zəmanət məktubu lazımdır.
Vəzifəli şəxsin yaxınının adının belə məsələdə hallanması İslandiya xalqı tərəfindən narazılıqla qarşılanıb.
Gülşən
Qaynarinfo.Az