Xəbər lenti

Pedofillər axtalanacaq - QANUN
Dünya11:25 06.06.2013

Pedofillər axtalanacaq - QANUN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qırğızıstan parlamenti (Joqorku Keneş) uşaqbazların (pedofil) kimyəvi yolla axtalanması haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib. 

Trend-in "KirTAQ" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qərar parlamentin cümə axşamı keçirilən iclasında qəbul olunub.

Qanun layihəsinə əsasən, təcavüzkarlar və pedofillər müvafiq preparatın inyeksiyası ilə kimyəvi yolla axtalanaraq cəzalandırılacaqlar. İynələr günahkarın cəzaçəkmə müəssisəsindən çıxmasına az müddət qalmış vurulacaq.

Həbsdən çıxandan sonra da təcavüzkar inyeksiyaları almaq üçün mütəmadi olaraq hakimiyyət və hüquq mühafizə orqanlarında qeydiyyatdan keçməlidir. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra inyeksiyalardan imtina isə iki il həbs cəzası deməkdir.

Qeyd edək ki, qanun layihəsinin qəbul olunmasına səbəb Qırğızıstanda həddi-buluğa çatmayanlara qarşı zorakılıq hallarının artması olub.

Qaynar.info