Xəbər lenti

Koronavirusa qarşı maska taxmayanlar həbs olunacaq
Dünya06:32 09.02.2020

Koronavirusa qarşı maska taxmayanlar həbs olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pekində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə aparılan tədbirlər çərçivəsində qoruyu maska taxmayanlar saxlanılır.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu səbəbdən Çinin böyük şəhərlərindəki əczəxanalarda maska tapılmır.
 
Şanxay səlahiyyətliləri də sakinlərə və turistlərə koronavirusun yayılması ilə bağlı ictimai yerlərdə maskasız görünməyi qadağan edib. Açıqlamada hava limanına və ya qatar stansiyasına gələn hər kəs, eləcə də ticarət mərkəzlərində və ya digər ictimai yerlərdə olanların hamısından maska taxması və temperaturunun ölçməsinə müqavimət göstərməməsi tələb olunur.
Çinli Weibo mikrobloq xidmətindən verilən məlumata görə, əməkdaşlıqdan imtina və qaydanın pozulması halında hüquq-mühafizə orqanları məsələyə ciddi şəkildə müdaxilə edəcəklər. 
Çindən Honq Konqa gedənlər isə risk səbəbindən 2 həftə oteldə qalmalı və ya evlərindən çıxmayaraq özlərini təcrid etməlidirlər. Bu qaydaya riayət etməyənlər isə pul və ya həbs cəzası ilə cəzalandırılacaq.
Son məlumatlara görə, Çində koronavirus qurbanlarının sayı 811-ə çatıb. 37 mindən çox insan xəstəliyə yoluxub.