Pekin "Sinfadi” topdansatış bazarında toplanmış koronavirus nümunələrini araşdıraraq alimlər onların Avropada yayılan ştammlardan daha yaşlı olduqlarını müəyyən ediblər. Qaynarinfo xəbər verir ki, bunu Çin epidemioloqu Lyu Szun söyləyib. Onu fikirləri ÇXR Dövlət Nəzarət Komitəsinin saytındakı məqalədə verilib.
Təhlil zamanı mütəxəssislər hansı virusun ən çox mutasiya keçirdiyini müəyyənləşdiriblər. Mutasiyaların sayı nə qədər çox olursa, virus daha yeni olur. Ən az dəyişiklik olan virus birincidir, yəni yaşı daha yüksəkdir.
Beləliklə, Pekindəki bazardan nümunələri araşdıraraq alimlər bu virusun Avropadan gəldiyini, ancaq Avropa ölkələrində dolaşan suşlardan bir sıra fərqliliklərə sahib olduğunu təsbit ediblər. Yəni bu ştammlar müasir Avropa suşlarından daha qədimdir.
Szyuna görə, bu koronavirusun Pekin bazarına necə girdiyini müəyyənləşdirmək çox çətindir. Onun dondurulmuş ərzaq partiyası içərisində ola və xaricdən onlarla birlikdə gələ bilər.
"Daşınma zamanı donmuş vəziyyətdə olarkən virus inkişaf edə bilməyib, buna görə də mutasiyaya uğramayıb", - alim deyib.
Qeyd edək ki, 18 iyun səhər saatlarında Pekində 21 yeni COVID-19 və üç asimptomatik daşıyıcı aşkar edilib, bunların hamısı topdansatış bazarı ilə əlaqədardır.
Alpər