Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət qüvvələrinin nümayəndələri "Taliban”ın əyaləti tamamilə ələ keçirilməsi ilə bağlı bəyanatını təkzib edib.
Qaynarinfo xəbər verir ki, müqavimət qüvvələri bu barədə rəsmi "Twitter” səhifəsində məlumat yayıb.
"Pəncşirin tutulması ilə bağlı deyilənlər səhvdir. "Müqavimət Cəbhəsi” qüvvələri mübarizəni davam etdirmək üçün vadi boyunca bütün strateji mövqelərdədir. Əfqanıstan xalqını əmin edirik ki, mübarizə ədalət və azadlıq hökm sürənə qədər davam edəcək ", - deyə müqavimət qüvvələri yazıb.
Qeyd edək ki, sentyabrın 6 -da hərəkatının sözçüsü Zabiullah Mücahid Pəncşirin taliblərin nəzarətinə keçdiyini bildirib.
Xəyal