Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli Sərəncamı ilə pensiyaçılara xərclənəcək əlavə vəsaitin məbləği açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək.
"Bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək",- ƏƏSMN-dən bildirilib.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/BHVxFm19-5s" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">