Xəbər lenti

Pentaqon 2026-cı ilə qədər yönəldilən enerji silahının prototipinə sahib olmaq istəyir
Dünya11:57 27.12.2023

Pentaqon 2026-cı ilə qədər yönəldilən enerji silahının prototipinə sahib olmaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri "Raytheon”dan enerji partlayışlarından istifadə edərək düşmənin elektron komponentlərini "yandıracaq” sistemlər layihələndirməyi, hazırlamağı və sınaqdan keçirməyi xahiş edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Defence News” məlumat yayıb.
Materialda deyilir ki, şirkət 2024 və 2026-cı maliyyə illərində qabaqcıl elektromaqnit zərərsizləşdirmə və yönəldilən enerji ilə məhvetmə və ya DEFEND proqramı üçün prototipləri təqdim etməyi planlaşdırır.
"Raytheon” şirkətində bildirilib ki, prototiplər "hava təhdidlərinə" qarşı ön cəbhədə istifadə üçün davamlı və daşına bilən olacaq.
Şirkətin qabaqcıl texnologiyalar üzrə prezidenti Kolin Uilanın sözlərinə görə, qeyri-kinetik müdafiə sistemləri ABŞ-ın milli müdafiə strategiyasının əsas hissəsidir.
"Raytheon-un güclü mikrodalğalı sistemlərinin yeni versiyaları işıq sürəti ilə işləyən, döyüşçülərimizə daha sürətli, daha çevik təhlükələrdən müdafiə olunmağa imkan verən qənaətcil və etibarlı həllərdir”, - o izah edib.
Qeyd edək ki, sirkət daha əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə CHIMERA kimi tanınan hava bazaları üçün uzaq mənzilli əks-elektron mikrodalğalı müdafiə sistemi üzərində işləyib. 
Pentaqon pilotsuz uçuş aparatlarına və raketlərə qarşı mübarizə aparmaq üçün təyyarələrdə, döyüş gəmilərində və yerüstü nəqliyyat vasitələrində daşınmaq üçün yönəldilən enerji silahlarının hazırlanmasına hər il orta hesabla 1 milyard dollar xərcləyir.
Nizami Bağırov