Xəbər lenti

Pentaqon: ABŞ Türkiyə ilə müdafiə əlaqələrini genişləndirmək istəyir
Dünya10:26 02.10.2021

Pentaqon: ABŞ Türkiyə ilə müdafiə əlaqələrini genişləndirmək istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pentaqon rəhbəri Lloyd Austin türkiyəli həmkarı Hulusi Akar ilə telefon danışığı zamanı ABŞ-ın iki ölkə arasında hərbi əməkdaşlığı, xüsusən də terrorla mübarizəni genişləndirmək niyyətini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirlər "ümumi terror təhlükəsi də daxil olmaqla" regional mövzularda fikir mübadiləsi aparıblar.
Pentaqon Austinin ABŞ-ın Türkiyə ilə müdafiə əlaqələrinə böyük əhəmiyyət verdiyini təsdiqlədiyini qeyd edib: "Bu yaxınlarda iki ölkə arasında Əfqanıstan mövzusunda işbirliyi də bunu sübut etdi".
Alpər