Xəbər lenti

Pentaqon Almaniyada Ukraynaya hərbi yardıma nəzarət mərkəzi yaratdı
Dünya05:54 27.04.2022

Pentaqon Almaniyada Ukraynaya hərbi yardıma nəzarət mərkəzi yaratdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Müdafiə Nazirliyi Almaniyanın Ştutqart şəhərində Ukraynaya hərbi yardımın tədarükü və çatdırılmasını optimallaşdırmaq üçün ABŞ-ın Avropa Komandanlığının məsuliyyəti sahəsində nəzarət mərkəzi yaradıb.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi deyib.
Rəsmi bildirib ki, ECCU ABŞ-ın Avropa Komandanlığının Ştutqartdakı qərargahında yerləşir və iki ulduzlu Amerika hərbi generalı tərəfindən idarə olunur.
Mərkəz Britaniya generalı tərəfindən idarə olunan Beynəlxalq Donor Koordinasiya Mərkəzi və ya IDCC ilə sıx əməkdaşlıq edir.
"Mərkəz bu təhlükəsizlik sisteminin səylərini dəstəkləmək üçün yaradılıb", - rəsmi bildirib.
Nəzarət mərkəzinə ABŞ personalı ilə yanaşı, 15 başqa ölkədən də işçilər daxildir, - rəsmi şəxs açıqlamasında deyib.
Bu komanda mərkəzi həmçinin çərşənbə axşamı Almaniyada Ramşteyn aviabazasında görüşən və Ukraynaya yardım göstərən 40-dan çox tərəfdaş və müttəfiq ölkənin şəbəkəsini idarə edəcək.
Müdafiə naziri Lloyd Ostin çərşənbə axşamı bildirib ki, yeni müttəfiqlər qrupu müntəzəm olaraq ayda bir dəfə görüşəcək.
Alpər