Xəbər lenti

Pentaqon İrandakı dron hücumlarında iştirakını təkzib etdi
Dünya07:01 30.01.2023

Pentaqon İrandakı dron hücumlarında iştirakını təkzib etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Patrik Rayder bildirib ki, ABŞ ordusu İranda pilotsuz uçuş aparatlarının hücumunda iştirak etməyib. O, bu barədə əlavə şərh verməkdən imtina edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant" "Reuters" agentliyinə istinadən yazıb.
"Əl-Ərəbiyyə" mənbələri daha əvvəl hücumun arxasında ABŞ və başqa bir ölkənin olduğunu bildirib. "The Wall Street Journal" mənbələrinə görə, bunun arxasında İsrail dayanır. Hələlik İranın özü də baş verən insidentə görə heç bir dövləti günahlandırmayıb. İsrail Xarici İşlər Nazirliyi şərh verməkdən imtina edib.
İranın Müdafiə nazirliyi bundan əvvəl məlumat verib ki, yanvarın 28-də ölkənin mərkəzi hissəsindəki İsfahan şəhəri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Bir PUA hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu, digər ikisi isə "müdafiə tələlərinə düşərək partladığı” iddia edilib.
Nizami Bağırov