Xəbər lenti

Dünya 18:00 11.04.2024

Pentaqon Rusiyanın "Starlink"dən istifadə etməsinə mane olmağa çalışır

ABŞ Müdafiə Nazirliyi səylərini Rusiya ordusunun "Starlink" peyk internet rabitə sistemlərindən istifadəsinin qarşısını almağa yönəldir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Pentaqonun rəhbərinin köməkçisi Con Plumba istinadən "Defence One" jurnalı məlumat yayıb.

"Starlink" dünyanın istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin edən yeni nəsil peyk şəbəkəsidir. Əvvəllər mediada "SpaceX" tərəfindən Rusiyaya peyk internet terminallarının satılması ilə bağlı məlumatlar yayılıb, lakin İlon Mask özü bunu təkzib edib. O vurğulayıb ki, terminallar nə birbaşa, nə də dolayısı ilə Rusiyaya verilməyib və bu barədə yayılan bütün şayiələr tamamilə yalandır.

"Defense One"ın məlumatına görə, Con Plumb təsdiqləyib ki, Pentaqon Rusiyanın peyk internet rabitəsindən istifadəsinin qarşısını almaq üçün Ukrayna və "SpaceX" ilə əməkdaşlıq edir.

""Biz bunun üzərində fəal işləyirik", deyə Con Plumb bildirib.

Pentaqonun nümayəndəsi qeyd edib ki, Amerika hərbi departamentinin "SpaceX"i Rusiyada yerləşən "Starlink" komplekslərinə xidmət göstərməyi dayandırmağa məcbur etmək imkanı yoxdur. Con Plumb iddia edir ki, Rusiya "qara bazar"dan peyklər alır.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->