Xəbər lenti

Pentaqon Rusiyanın Ukraynada hərbi gücünün 20 faizini itirdiyini açıqladı
Dünya07:28 09.04.2022

Pentaqon Rusiyanın Ukraynada hərbi gücünün 20 faizini itirdiyini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Müdafiə Nazirliyi Rusiyanın Ukraynada hərbi gücünün 20 faizinin itirdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "ABC News” məlumat yayıb.
Məlumatda vurğulanır ki, 800-1000 hərbçidən ibarət taktiki qrup taborların hissələri, faktiki olaraq, məhv edilib:
"Qoşunların qalıqları Rusiya və Belarus ərazisinə çəkilib. Rusiya 60 000 yeni hərbçi toplamaq niyyətindədir. Bundan sonra taktiki tabor qrupları bərpa ediləcək. Məlumata görə, Donbasa hücumun da bunun ardınca reallaşacağı gözlənilir. Pentaqonun hesablamasına əsasən, Donbasda və ya ona yaxın ərazidə Rusiyanın 40 taktiki tabor qrupu yerləşdirilib. Aprelin 6-da onların sayı 30 olub. Rusiya son günlər bölgəyə daha 10 000 hərbçi yerləşdirib".