Ukraynadakı münaqişə kritik mərhələdədir və Qərb Kiyevə kollektiv dəstək verməkdə davam edəcək.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin məlumat
verib.
"Biz münaqişənin həlledici mərhələsindən danışırıq”, - deyə o, kollektiv Qərbdən Ukraynaya gələcək dəstəyin vacibliyini və aktuallığını qeyd edib. Ostin, həmçinin Rusiyanın "yanlış hesablama apardığını" və bunun "Ukraynadan daha uzun davam edə biləcəyinə" inandığını deyib.
Pentaqonun rəhbərinin sözlərinə görə, Qərb Ukrayna Silahlı Qüvvələrinə uzunmüddətli dəstəyin "innovativ yollarını” axtarmağa davam edəcək. "Bizim yardımımız real dəyişikliyə gətirib çıxarır", - o yekunlaşdırıb.
Pentaqon həmçinin bildirib ki, ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinə daha dörd HIMARS reaktiv yaylım atəş sistemi daxildir.
Xatırladaq ki, ayın əvvəlində Ukrayna lideri Volodimir Zelenski Qərbin vaxtında silah göndərəcəyi təqdirdə Ukraynadakı münaqişənin 2022-ci ilin sonuna qədər bitə biləcəyi fikrini səsləndirib. Rusiya isə Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Alpər
Şərhlər