Xəbər lenti

Pentaqon yadplanetlilərin Yer kürəsini ziyarət etdiyinə dair heç bir sübut tapmayıb
Dünya11:30 17.12.2022

Pentaqon yadplanetlilərin Yer kürəsini ziyarət etdiyinə dair heç bir sübut tapmayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Uçan naməlum obyektləri (UNO) tədqiq edən ABŞ Müdafiə Nazirliyinin İşçi Qrupu bu yaxınlarda UNO-nun müşahidə edilməsi ilə bağlı bir neçə yüz xəbər alıb. 
Qaynarinfo xəbər verir ki, Bunu Pentaqonun kəşfiyyat üzrə katibinin müavini Ronald Multri deyib.
Onun sözlərinə görə, nazirlik bu obyektlərin yerdən kənar mənşəli olmasına dair sübut tapmayıb.
"Biz müşahidə etdiyimiz obyektlərin hər hansı birinin yad mənşəli olduğunu güman etməyə imkan verəcək heç nə görmədik. Mən Yerə yadplanetlilərin səfəri və ya yadplanetlilərin gəmisinin qəzaya uğraması ilə bağlı heç nə görməmişəm", deyə Ronald Moultri CBS telekanalına müsahibəsində deyib. 
Pentaqonun UNO İşçi Qrupu sonuncu dəfə 2021-ci ildə gördüyü işlər haqqında ictimai hesabat təqdim edib. Daha sonra İşçi Qrupu naməlum uçan obyektlərin aşkarlanması ilə bağlı 144 məlumatın araşdırılmasından danışıb. Pentaqon bildirib ki, bu obyektlərdən bəziləri ABŞ-ın milli təhlükəsizliyini təhdid edir: onlar hərbi bazaların və təlim poliqonlarının yaxınlığında aşkar edilib.
Nizami Bağırov