Xəbər lenti

Pentaqon Yaxın Şərqə göndərmək üçün 2000 hərbçi seçib
Dünya05:50 17.10.2023

Pentaqon Yaxın Şərqə göndərmək üçün 2000 hərbçi seçib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Müdafiə Nazirliyi İsraili dəstəkləmək üçün 2000 əsgər seçib.
Qaynarinfo xəbər verir ki, bu barədə Pentaqon rəsmiləri "The Wall Street Journal"a bildiriblər.
Mənbələrin məlumatına görə, hərbçilərin vəzifələri məsləhət və tibbi yardım göstərmək olacaq. Hərbi əməliyyatlarda birbaşa iştirak istisna edilir. Hazırda ABŞ Silahlı Qüvvələrinin müxtəlif bölmələrindən seçilmiş hərbi qulluqçular Yaxın Şərq və Avropada yerləşir. Onların hansı hallarda və harada istifadə oluna biləcəyi barədə məlumat verilmir.
Bundan əvvəl məlum olub ki, ABŞ İsraillə HƏMAS hərəkatı arasında münaqişənin genişmiqyaslı regional müharibəyə çevrilməsinin qarşısını almaq üçün Yaxın Şərqdəki qüvvələrini ikiqat artırmaq qərarına gəlib. ABŞ rəsmiləri "The New York Times" qəzetinə bildiriblər ki, bu cür tədbirlər İran, Suriya və Livanın "Hizbullah" qruplaşmasının müdaxilə etməməsi üçün nəzərdə tutulub.
Həftə sonu Pentaqon Aralıq dənizinin şərqinə əlavə döyüş təyyarələri ilə birlikdə ikinci aviadaşıyıcı zərbə qrupunu göndərib. Eyni zamanda Vaşinqton Qətər, Oman və Çin vasitəsilə İrana eskalasiyanın yolverilməzliyi barədə xəbərdarlıq edib. Həmçinin ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərq turuna çıxıb və bu səfər zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və digər ərəb liderləri ilə görüşüb.
Nizami Bağırov