Pentaqon ötən gün Xerson vilayəti ilə Krım arasında inzibati sərhəddə yerləşən Çonqar körpüsünə edilən hücumları şərh edib.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi brifinqdə
danışıb.
Onun sözlərinə görə, Ukrayna özü hərbi əməliyyatları planlaşdırır və aparır, ABŞ isə müttəfiqləri ilə birlikdə onu Rusiyanın təcavüzündən müdafiə etmək üçün lazımi vasitələrlə təmin edir.
"Bu, Ukraynanın mübarizəsidir, onlar bu hərbi əməliyyatları planlaşdırır və həyata keçirirlər. Biz öz müttəfiqlərimiz və tərəfdaşlarımızla öz ölkələrini müdafiə etmək və suveren əraziləri bərpa etmək üçün onlara lazım olan döyüş imkanlarını təmin etmək üçün işləməyə cəmləşmişik", - Rayder bildirib.
Xatırladaq ki, iyunun 22-də Çonqar körpüsünə zərbə endirilib. Rusiya Federasiyası tərəfindən təyin edilmiş qondarma "yerli hakimiyyət orqanları”nın nümayəndələri bəyan ediblər ki, hücumda "ilkin hesablamalara görə, Britaniyanın "Storm Shadow” raketlərindən istifadə edilib.
Nizami Bağırov