Xəbər lenti

Pentaqonun aparat rəhbəri istefa verdi
Dünya07:03 07.01.2020

Pentaqonun aparat rəhbəri istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Müdafiə Nazirliyi aparatının (Pentaqon) rəhbəri Erik Çuninq yanvar ayının sonunda vəzifəsini tərk edəcək.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Pentaqonun mətbuat katibi Alissa Farah verib.
O, E. Çuninqi bu vəzifədə Silahlı Qüvvələr Palatası Komitəsinin üzvü və Birgə Respublika Baş Komandanlığı sədrinin keçmiş müşaviri Jen Stuart əvəz edəcəyini deyib.
ABŞ-ın müdafiə naziri Mark Esper həmkarına təşəkkür edib və ona uğurlar arzulayıb: "Müdafiə Nazirliyinin katibi vəzifəsinə gəldiyim müddətdə Erikin son yeddi ay ərzində peşəkarlığına, düşüncəsinə və rəhbərliyinə görə minnətdaram. Ona özəl sektora qayıtmağında ən yaxşısını diləyirik".