Xəbər lenti

Pentaqonun sənədləri sızdı, amma Rusiya ABŞ kəşfiyyatına qarşı mübarizəni gücləndirmədi
Dünya09:09 17.04.2023

Pentaqonun sənədləri sızdı, amma Rusiya ABŞ kəşfiyyatına qarşı mübarizəni gücləndirmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pentaqonun məxfi sənədlərinin sızması ABŞ kəşfiyyatının Rusiya hakimiyyətinə nüfuzunun dərinliyinə təsir etməyib. Sənədlərin dərcindən sonra Rusiya hərbçilərinin Ukraynadakı hərəkətləri dəyişməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo.media” "The New York Times”a istinadən yazır.
Qərbdə, sənədlərin sızmasının ABŞ kəşfiyyatının Rusiyadakı mənbələrinin sayını azaldacağından ehtiyat edirdilər. İki yüksək rütbəli ABŞ rəsmisi qəzetə bildirib ki, buna baxmayaraq, sənədlər dərc edildikdən sonra Rusiya hakimiyyəti ABŞ kəşfiyyat orqanlarına müdaxilə etmək üçün heç bir iş görməyib.
Bundan əlavə, Pentaqonun məlumatlarının açıqlanmasından sonra Rusiya komandanlığı Ukrayna müharibəsindəki əməliyyatlarını heç bir şəkildə dəyişməyib.
Qeyd edək ki, internetə sızan Pentaqonun məxfi sənədləri ABŞ kəşfiyyatının Rusiyanın hərəkətləri və planlarından nə dərəcədə xəbərdar olduğunu göstərdi. ABŞ ordusu hər gün Rusiyanın zərbələrinin vaxtı və hətta gələcək hücumların konkret hədəfləri haqqında məlumat alır.
Hələ 2022-ci ilin noyabrında ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu yazırdı ki, Rusiya ordusu müharibədki uğursuzluqlarından dərs almır. Mütəxəssislər, Baxmutun ələ keçirilməsinin Rusiyaya strateji üstünlük verməyəcəyi halında belə Rusiyanın şəhər üzərində irəliləməyə davam etməsini belə şərh ediblər. Baxmuta hücum bu günə qədər davam edir.
Nizami Bağırov