Xəbər lenti

Perunun yeni Baş naziri 6 gün sonra vəzifəsindən istefa verdi
Dünya12:53 06.02.2022

Perunun yeni Baş naziri 6 gün sonra vəzifəsindən istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Perunun yeni Baş naziri Hektor Valer vəzifəsindən istefa verib.

Valerin həyat yoldaşına və qızına qarşı zorakılıq etdiyi məlum olub.

O, yanvarın 31-də istefa vermis Baş nazir Mirta Vaskesin yerinə təyin olunmuşdu.

Hektor Valer Prezident Pedro Kastillonun kabineti yeniləyəcəyini elan etdikdən bir gün sonra istefa verdiyini açıqlayıb.

Kastillo administrasiyasının 6-cı ayında üçüncü baş nazir olan Valer, medianın onun haqqında şiddətli təsvir yaradan reaksiyalara məruz qaldığını söyləyib. Yerli mediada Valerinin fiziki zorakılıqda ittiham edən həyat yoldaşı və qızının polisə şikayətləri dərc olunub. Məlumata görə, Valer qadınları təpik, şillə və yumruqla döyüb.

Valer fevralın 3-də and içərək, keçmiş Baş naziri əvəzləmişdi./report