Xəbər lenti

Pərviz Müşərrəf azadlıqda
Dünya16:14 20.05.2013

Pərviz Müşərrəf azadlıqda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bənazir Bhuttonun qətli işi ilə əlaqədar həbs edilən keçmiş prezident Pərviz Müşərrəf azadlığa buraxılıb.

Ölkədə mayın 11-də keçirilmiş parlament seçkilərində iştirak etmək üçün beş ildən sonra ölkəsinə geri dönən və keçmiş baş nazir Bənazir Bhuttonun qətli işi ilə əlaqədar həbs edilən keçmiş prezident Pərviz Müşərrəf azadlığa buraxılıb.

Keçmiş prezident Pərviz Müşərrəfin girov altında azad edildiyi, Bənazir Bhuttonun işi ilə əlaqədar məhkəmə prosesinin isə hələ də davam etdirildiyi bildirilir.

Məlumata görə, İslamabad Terrorla Mübarizə Məhkəməsi Pərviz Müşərrəfi 10 min dollarlıq girovla zaminə buraxıb.

Qeyd edək ki, mart ayında Dubaydan ölkəsinə qayıdan Müşərrəf seçkilərdə iştirak etmək istəsə də, Ali Məhkəmənin qərarı ilə ona ömürlük siyasətlə məşğul olmaq qadağan edilib.//xezerxeber//

Qaynar.info