Kreml ABŞ dövlət katibi Entoni Blinkenin ələ keçirilən Rusiya aktivlərinin Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün göndərilməsi təşəbbüsünü dəyərləndirməkdən imtina edib.
Qaynarinfo
xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələyə sadəcə belə cavab veriub: "Hər bir halda bu və ya digər şəkildə məhkəmə çəkişmələri baş verəcək”.
"Heç bir qeyri-qanuni saxlama hadisəsi diqqətdən kənarda qalmayacaq. Hər bir hal, əlbəttə ki, şəxsidir və siz təfərrüatları başa düşməlisiniz. Amma bu, kifayət qədər ciddi proseslərin nəticəsi olacaq”, - deyə Peskov mətbuata danışarkən bildirib.
O, söz verib ki, iş "belə qalmayacaq”. "Bilirsiniz ki, bəzi hallarda artıq məhkəmə prosesləri gedir. Bəzi sahibkarlarımız müxtəlif ölkələrdə uğur qazanıblar”, - deyən Peskov bunun qanun baxımından təsəvvür edilə bilən hər şeyə zidd olduğunu bildirib.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonun Rusiyanın müsadirə edilmiş 5,4 milyon dollarlıq aktivlərini Kiyevə köçürəcəyini bəyan edib. Onlardan ukraynalı veteranların dəstəklənməsi üçün istifadə edilməsi planlaşdırılır.
Alpər