Xəbər lenti

Peskov Çinin sülh planını “diqqətə layiq” və “uzun proses” adlandırdı
Dünya12:52 27.02.2023

Peskov Çinin sülh planını “diqqətə layiq” və “uzun proses” adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya hakimiyyəti Çinin Ukrayna ilə bağlı sülh planı hazırlaması faktını müsbət qiymətləndirib və onun təfərrüatlarını öyrənmək niyyətindədir, lakin hələlik sülh yolu ilə nizamlanma imkanını görmürlər. 
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, Peskov "münaqişənin dinc məcraya keçməsinə töhfə verəcək plan hazırlamaq cəhdi diqqətə layiqdir” deyə bildirib.
Onun sözlərinə görə, Kreml "çinli dostların” planına "böyük diqqətlə” reaksiya verib və planın təfərrüatları "hələ müxtəlif tərəflərin maraqları nəzərə alınmaqla diqqətlə təhlil edilməlidir”. 
Kreml sözçüsünün sözlərinə görə, bu, "çox uzun, gərgin proses” olacaq.
Eyni zamanda, Peskov əlavə edib ki, hazırda Moskva sülh yolu ilə nizamlanma perspektivini görmür. "İndiyə qədər "xüsusi hərbi əməliyyat” davam edir və biz qarşıya qoyulan məqsədlərə çatmağa doğru irəliləyirik", - o deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranının siyasi həlli ilə bağlı bəyanat yayıb. Sənəd 12 bənddən ibarətdir ki, bunlar arasında bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi və Moskva ilə Kiyev arasında birbaşa dialoqun bərpası zərurəti var. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, o, Çinin nizamlanma ilə bağlı təkliflərini "fəaliyyət planı deyil, Pekinin bu mövzudakı düşüncələri” hesab edir. Öz növbəsində Avropa diplomatiyasının rəhbəri Josep Borrell də Çinin Ukrayna ilə bağlı təkliflərini sülh planı hesab etmədiyini bildirib. Onun fikrincə, bu, daha çox mövqe sənədidir.
Alpər