Xəbər lenti

Peskov Priqojinin üsyanı zamanı FSB-nin nə iş görməsiylə bağlı suala belə cavab verdi
Dünya 14:14 03.07.2023

Peskov Priqojinin üsyanı zamanı FSB-nin nə iş görməsiylə bağlı suala belə cavab verdi

Kremlin sözçüsü Dmitri Peskov brifinqdə jurnalistlərin Federal Təhlükəsizlik Xidmətinin "Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin qiyam cəhdinin qarşısını ala bilməməsi faktını hakimiyyətin necə izah edəcəyi ilə bağlı sualını şərh etməkdən imtina edib.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, həftə yarım əvvəl üsyana cəhd zamanı bütün xidmətlər, idarələr öz işini görüb.

"Mən burada bu suala cavab verməyəcəyəm”, - Peskov cavab verib.

"Prezident Silahlı Qüvvələrin və xüsusi təyinatlıların prezidentin ətrafında cəmləşməsinin yüksək səviyyədə olduğunu qeyd edərək, Məclis meydanında olan əməkdaşlar da daxil olmaqla (Prezident Putinin iyunun 27-də Kremldəki Məclis meydanında çıxışı zamanı. — red.) təşəkkürünü bildirib”, - Rusiya liderinin sözçüsü bildirib.

İyunun 23-də axşam "Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin bildirib ki, Rusiya Müdafiə Nazirliyinin qüvvələri guya "Vaqner”in arxa düşərgələrinə hücum edib və onun döyüşçüləri "ədalət yürüşü şüarıyla Rusiyaya doğru irəliləyirlər”. Rusiya Müdafiə Nazirliyi onun ittihamlarını rədd edib və Priqojinə qarşı silahlı üsyan təşkil etməkdə ittiham olunaraq iş başlanıb.

İyunun 24-də səhər saatlarında "Vaqner"in qüvvələri Rostov-Donda inzibati binaları ələ keçirib və Moskvaya doğru irəliləməyə başlayıb, Prezident Vladimir Putin onun hərəkətlərini "arxadan vurulan zərbə" adlandırıb.

Həmin gün Belarus prezidentinin mətbuat xidməti Aleksandr Lukaşenko ilə Priqojin arasında aparılan danışıqlar barədə məlumat yayıb. Sonradan, "Vaqner”in rəhbəri, hərbi karvanını geri qaytarmaq və onları yenidən sahə düşərgələrinə göndərmək qərarına gəldiyini bildirib.

İyunun 27-də FSB Priqojinə qarşı cinayət işinə xitam verildiyini elan edib.

Xatırladaq ki, bundan bir qədər əvvəl Putin müharibənin əvvəlindən bəri Priqojinin qazancının məbləğini açıqlayıb. Rusiya prezidenti bildirib ki, "Konkord” şirkətinin sahibi və "Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin ötən ilin fevralından hərbi ticarət, ərzaq məhsulları və ərzaq xidmətlərinin göstərilməsi yolu ilə dövlətdən 80 milyard rubl alıb. Bunu dövlət başçısı Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbçiləri ilə görüşündə deyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->