Kreml rəsmisi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin ukraynalıların Rusiya sərhədindən vizasız keçməsinə icazə verən fərmanını şərh edib. Onun sözlərinə görə, Ukraynanın bir çox vətəndaşı "həyatlarını tamamilə Rusiyaya bağlamaq istəyir”. Peskov qeyd edib ki, fərman Rusiyaya köçmək istəyən ukraynalılara kömək edəcək.
Qaynarinfo TASS-a istinadla
xəbər verir ki, Kremlin sözçüsü jurnalistlərə bu cür tədbirlərin insanların buraya köçürülməsini asanlaşdırdığını bildirib. Peskov həmçinin xatırladıb ki, "belə bir rejim əvvəllər də olub”.
Xatırladaq ki, sentyabrın 29-da Rusiya prezidenti Vladimir Putin ukraynalıların daxili və ya beynəlxalq pasportu olduqda Rusiyaya vizasız daxil ola biləcəyi barədə fərman imzalayıb. Bu, diplomatik və ya xidməti Ukrayna pasportu, dənizçinin şəxsiyyət vəsiqəsi və ya Ukraynaya qayıtmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edildikdə də edilə bilər.
Alpər
Şərhlər